Bakıda aptekdən dəhşətli görüntülər - Qadın vəhşicəsinə döyüldü
25 Noyabr 2024
12:46 - 9 Noyabr 2024
Sosial şəbəkə platformalarında yeni növ dələduzluğun yayılması ilə bağlı xəbərdarlıqlar yayımlanır.
Manset.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, belə ki, guya müxtəlif şəxslər telefonla insanlara zəng edir, peyvənd olunmusunuzsa, "1" düyməsinə basmağınızı xahiş edirlər. Basdıqdan sonra isə dərhal telefonunuz bloklanır və telefonunuza kiberhücum olur. Nəticədə bank məlumatları oğurlanır.
DİN-nin Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev bildirib ki, bununla bağlı indiyə qədər polisə şikayət daxil olmayıb. Ehtimal olunur ki, bildiriş saxtadır.
Kiber təhlükəsizlik üzrə ekspert Azər Əlili bildirdi ki, təkcə "1" düyməsinə basmaqla telefon məlumatlarını ələ keçirtmək texniki cəhətdən mümkün deyil.
Ekspert bildirdi ki, belə saxta "xəbərdarlıq"ların paylaşılması adətən reytinq xatirinə olur.
Bildirildi ki, ümumiyyətlə, şübhəli nömrədən gələn istənilən zəngi avtomatik report etmək lazımdır. Təhlükəli zəng kimi bir neçə belə geri bildirimdən sonra sistem avtomatik olaraq həmin nömrəni fırıldaqçı kimi tanıyır və digər qurbanların qarşısı alınır.
Daha ətraflı videoda:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin