İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
23 Noyabr 2024
10:28 - 9 Noyabr 2024
Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol vağzalı yaxınlığında partlayış baş verib.
Manset.az xəbər verir ki, bu barədə “Geo” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
Hadisə nəticəsində 21 nəfər ölüb, 30 nəfər yaralanıb. Partlayışın vağzalın kassasında qatarın gəlməsindən bir qədər əvvəl qeydə alındığı bildirilir.
Zərərçəkmiş şəxslər şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanaya əlavə həkim və yardımçı heyət cəlb edilib.
Kvettada fövqəladə vəziyyət elan edilib.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin