COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
22:50 - 8 Noyabr 2024
Ölkəmiz 2026-cı ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
Manset.az Trend-ə istinadən xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) bu barədə məlumat yayıb.
Azərbaycan, Türkiyə, Çexiya və İsveçlə birlikdə bu qitə çempionatını təşkil edəcək. Hər ölkədə bir qrupun oyunları oynanacaq, pley-off və final qarşılaşmaları isə Türkiyədə keçiriləcək.
Avropa çempionatının final mərhələsində ümumilikdə 24 komanda iştirak edəcək və artıq 12 komandanın adı bəllidir. Ev sahibi ölkələrlə yanaşı, son turnirdə uğurlu çıxış edən Serbiya, Niderland, İtaliya, Polşa, Fransa, Bolqarıstan, Ukrayna və Slovakiya da final mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, növbəti ilin avqust ayında digər 12 komandanın da adı məlum olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin