Rəsmi Bakıdan Fransaya NOTA

16:50 - 8 Noyabr 2024

Rəsmi Bakıdan Fransaya NOTA

Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə "X"də yazıb.

"Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk", - o bildirib.

Qeyd edək ki, komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib.

Komitə, həmçinin miqrantların Böyük Britaniya-Fransa sərhədindəki müvəqqəti sığınacaqlarının və Fransanın xaricdəki Mayot ərazisindəki gecəqonduların sistematik evakuasiyasının, bəzən həddindən artıq güclə həyata keçirilməsinin bu insanların üzləşdiyi onsuz da acınacaqlı həyat şəraitini pisləşdirməsindən narahatdır.

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin