Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Noyabr 2024
16:15 - 8 Noyabr 2024
“Bu gün artıq COP29-un keçiriləcəyi tədbir məkanını təhvil veririk. Mediaya, bütün əlaqəli yerli strukturlara Təşkilat Komitəsinə göstərilən dəstəyə görə təşəkkürümü bildirirəm”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov media nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, artıq keçiriləcək tədbirlərin cədvəli hazırdır: “67 min nəfər bu günə qədər qeydiyyatdan keçib. Çoxlu qonaq gözləyirik. Görüşlərimiz plenar otaqlarda həyata keçiriləcək. Bütün məkanlarımız dolub, demək olar ki, boş yer qalmayıb. İndiyə qədər 3500 media nümayəndəsi qeydiyyatdan keçib. Artıq bir sıra qurumlar Azərbaycandadır. Bütün görülən işlərdə könüllülər bizə yaxından dəstək verdilər”.
A.Ələkbərov, həmçinin bildirib ki, 17 500 mehmanxana otağı bron edilib. Bundan başqa, qonaqlar üçün xüsusi rezidensiyalar da ayrılıb: “Mehmanxanalarda hər cür şərait yaradılıb. “Sea Breeze”də, həmçinin MİDA-nın binalarında və digər rezidensiyalarda da yerlər təklif olunur. Biz bu məkanlara yaxın nəqliyyat hubları yaratmışıq”.
Media nümayəndələri ilə görüşdə bildirilib ki, iştirakçıların qidalanmasına da xüsusi önəm verilib. Bununla bağlı portal yaradılıb. Səhər yeməyi boksları hazırlanıb. Qidalar həm veqan, həm də digər bütün istəklərə uyğun hazırlanıb.
Davamlılıq da birinci yerdədir. Artıq elektrik avtomobilləri, fiziki məhdudiyyətləi şəxslər üçün xüsusi qolf-karlar, yanğın və təcili yardım avtomobilləri ayrılıb.
Anar Ələkbərov bildirib ki, Liderlər Sammitində qonaqlar layiqincə qəbul ediləcək. Həmin gün 40 dəqiqə ərzində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı videomateriallar təqdim olunacaq.
“Gülüstan” sarayında və Heydər Əliyev Mərkəzində qonaqlar üçün qəbul nəzərdə tutulub. Ümumiyyətlə, noyabrın 11-12-si COP29-da əsas günlərdir.
Yaşıl zonada noyabrın 12-si birinci xanımların iştirakı ilə tədbir olacaq. Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva, Türkiyənin Birinci xanımı Əminə Ərdoğan, Özbəkistanın, Qırğızıstanın birinci xanımları və həmin ölkələrdən 100 nəfərə yaxın gənc bu tədbirdə iştirak edəcək. Yaşıl Zonada Heydər Əliyev Fondu və Türkiyənin “Sıfır atık” vakfı ilə birgə pavilyon yaradılıb və tədbir çərçivəsində həmin pavilyona baxış olacaq. Həmin gün eyni zamanda ağacəkmə aksiyası təşkil olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin