"Qalatasaray" İkardini itirdi - Futbolçu göz yaşları ilə meydançanı tərk etdi

10:54 - 8 Noyabr 2024

Ötən gecə Avropa Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində "Qalatasaray" - "Tottenhem" oyunu baş tutub. Matçın sonunda ev sahiblərinin hücumçusu Mauro İkardi zədələnib və meydançanı xərəkdə tərk etməli olub.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, futbolçunun zədəsinin ağır olduğu ehtimal edilir.

Belə ki, argentinalı "Tottenhem"in qapıçısı Freyzer Forsterlə toqquşub, bundan sonra o, yıxılıb və matçı davam etdirə bilməyib. Həkimlər meydana çıxmalı olub, hücumçu matçı davam etdirə bilməyib və onu matçın 85-ci dəqiqəsində Mişi Batşuayi əvəzləyib. Argentinalı heç cür təkbaşına ayağa qalxa bilməyib və sonda o xərək vasitəsilə aparılıb. İkardi həmin anlarda dizini tutub ağlayıb.

Xatırladaq ki, o, bu mövsüm "Qalatasaray"ın heyətində 11 matçda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qalatasaray" - "Tottenhem" qarşılaşması 3:2 hesabı ilə Türkiyə nəhənginin xeyrinə başa çatıb.



Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin