COP29 vaxtı rayonlardan Bakıya giriş belə olacaq
8 Noyabr 2024
08:00 - 8 Noyabr 2024
Uşaqlarda dırnaq yemə vərdişi (onikofaqiya) alimlərin maraq dairəsindədir və bunun səbəbləri tam aydın deyil. Statistikaya görə, insanların 20-30%-i bu vərdişə sahibdir. Adətən 3-4 yaşlarında başlayan onikofaqiya yetkinlik dövrünə qədər və bəzi hallarda daha uzun müddət davam edə bilər.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, alimlər bu vərdişin səbəblərinə dair müxtəlif nəzəriyyələr irəli sürüblər. Bəzi tədqiqatçılar hesab edir ki, dırnaq yemək ailədaxili problemlər və stresslə bağlı ola bilər. Digər tədqiqatçılar isə stresdən çox, cansıxıntı və məyusluğun bu vərdişi ortaya çıxardığını düşünürlər.
Başqa bir nəzəriyyə onikofaqiya ilə hiperaktivlik arasında əlaqə olduğunu göstərir. Məsələn, hiperaktivlik pozğunluğu (DEHB) olan uşaqların 74%-də bu vərdişin olması müşahidə edilib. Ancaq dırnaq yeməyin təkcə DEHB əlaməti olduğunu söyləmək mümkün deyil. Əgər bu vərdiş digər simptomlarla müşayiət olunursa, uşağı psixoterapevtə aparmaq məsləhət görülür.
Bundan əlavə, onikofaqiya hər hansı bir pozğunluq və ya stresslə əlaqəli olmaya da bilər. Bəzən bu vərdiş sadəcə şüursuz olaraq, hər hansı psixoloji səbəb olmadan da yarana bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin