AZCON-un Müşahidə Şurası təsdiqləndi - SİYAHI

18:24 - 7 Noyabr 2024

AZCON-un Müşahidə Şurası təsdiqləndi - SİYAHI

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

 

Manset.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Müşahidə Şurasının üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Dövlət Mülki Aviasiya Agentliyinin direktoru

Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin