Türk əlifbası ilə bağlı yeni QƏRAR

16:32 - 7 Noyabr 2024

Türk əlifbası ilə bağlı yeni QƏRAR

Ötən ilin sentyabrında Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyasının 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi əsasında konsensus əldə edilib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlifba ilə bağlı ortaq konsensusun əldə edildiyini xatırladıb və bu qərarın tarixi bir addım olduğunu vurğulayıb. Bəs Ortaq Türk Əlifbası nədir və nə vaxt istifadə olunacaq? 

"Ortak əlifba, ortaq gələcəyimizin və gələcəyə addım atmağımızın da nişanəsidir. Bu fürsətlə xüsusilə Ağ Saqqallıların koordinasiyasında ortaq dili inkişaf etdirmək məqsədilə ortaq əlifba işi sentyabr 2024-cü ildə tamamlanmışdır. 34 hərfli əlifba üzrə razılığa gəlinmişdir. Üzvlərin bu əlifba ilə lazımi dönüşümü tamamlaması tələb olunur" , - Ərdoğan bildirib.

Qeyd edək ki, ilk dəfə 1991-ci ildə başlayan araşdırmalarla türk ölkələrinin ortaq əlifbadan istifadə etməsi planlaşdırılmış və 29 hərfdən ibarət türk əlifbasına 5 yeni simvolun əlavə edilməsi tövsiyə edilmişdir.
Son aylarda Bakıda qəbul edilən Ortaq Türk Əlifbası ilə mövcud əlifbaya Q, X, W, N, Ä hərflərinin əlavə edilməsi planlaşdırılır.

Prezident Ərdoğan "tarixi addım" dedi! 34 hərfdən - 3 hərfdən ibarət Ortaq Türk Əlifbası ilə bağlı konsensus əldə edilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin