İlham Əliyev Vyetnam liderini təbrik etdi

13:30 - 7 Noyabr 2024

İlham Əliyev Vyetnam liderini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik ünvanlayıb. 

 

Manset.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin