Heydər Əliyev prospektindəki dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
7 Noyabr 2024
11:15 - 7 Noyabr 2024
Kanadanın İnnovasiya, Elm və Sənaye naziri Fransua-Filip Şampan Çin sosial media platforması TikTok ilə bağlı açıqlama verib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir Şampan təhlükəsizlik risklərini əsas gətirərək "TikTok"un kommersiya fəaliyyətinin qadağan ediləcəyini, həmçinin Toronto və Vankuverdəki ofislərinin bağlanacağını açıqlayıb.
O bildirib ki, vətəndaşlar tətbiqdən istifadə etməyə və məzmun istehsal etməyə davam edə bilər:
"Vətəndaşların kiber təhlükəsizliklərinə diqqət yetirmələri və sosial media tətbiqlərindən istifadənin potensial risklərini qiymətləndirmələri vacibdir"
Xatırladaq ki, bu ilin may ayında Kanada Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru David Vigneault "TikTok" sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməyə çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin