Hərbçimiz intihar etdi
7 Noyabr 2024
22:56 - 6 Noyabr 2024
Bakı şəhəri Xətai rayonu 221 nömrəli tam orta məktəbdə 9 noyabr -Dövlət Bayrağı Günü qeyd olunub.
Manset.az xəbər verir ki, məktəbin 3-cü sinif şagirdləri tərəfindən sinif rəhbəri Leyla Maqsudovanın rəhbərliyi ilə Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir Bayrağın Doğuşu” adlı tədbir keçirilib.
Tədbirdə şagirdlər Cumhuriyyət dövrümüzdən çağdaş dövrümüzə qədər bir sıra tarixi məqamlara toxunaraq, həmin tarixi bədii kompozisiya şəklində səhnəciklərlə canlandırıblar.
Tədbirdə məktəbin direktoru Cavid Əliyev, pedaqoji heyət və valideynlər iştirak edib.
Tədbir zamanı şagirdlər qonaqlara Azərbaycan bayrağının tarixi və onun mənası haqqında məlumat veriblər. Şagirdlər hər bir rəngin və simvolun əhəmiyyətini izah edərək, milli kimliyin təmsilçisi olan bayrağımıza sevgi və hörmətlərini nümayiş etdirdilər.
Tədbir boyu təqdim edilən səhnəciklərdə həm bayrağın yaranma tarixi, həm də onun müxtəlif dövrlərdəki keçdiyi yola diqqət çəkilib.
Şagirdlərin çıxışları və səhnələşdirilmiş kompozisiyalar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb
Məktəbin direktoru Cavid Əliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov tədbirin gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd ediblər.
Sonda müəllim Leyla Maqsudova şagirdləri təbrik edərək, onların bu cür tədbirlərdə fəal iştirakının əhəmiyyətini qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin