Ukrayna ordusunu Rusiya ərazisindən çıxarır

22:51 - 6 Noyabr 2024

Ukrayna ordusunu Rusiya ərazisindən çıxarır

Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyi Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətindən çıxarılmasına hazırlaşır.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya deyib.

Xatırladaq ki, bu il avqustun əvvəlindən Rusiya-Ukrayna dövlət sərhədini keçən Ukrayna ordusunun bölmələri Rusiyanın Kursk vilayətində onlarla yaşayış məntəqəsini işğal edib. Ukraynalılar Suca şəhərini də ələ keçirə biliblər. Ukrayna tərəfinin məlumatına görə, avqustun ortalarında onlar artıq təxminən 1000 kvadrat kilometr əraziyə nəzarət ediblər.

Oktyabrın sonunda Rusiya əks-hücuma keçib və həmin ərazilər üzərində nəzarəti bərpa etməyə çalışır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin