UEFA "Qalatasaray"ın şikayətini rədd etdi

21:09 - 11 Noyabr 2021

UEFA

UEFA Türkiyənin "Qalatasaray" klubunun Rusiya "Lokomotiv"inə qarşı Avropa Liqasının IV tur oyununun yenidən keçirilməsi xahişi ilə müraciətini rədd edib.

Manşet.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun yaydığı rəsmi açıqlamada bildirilir.

Həmin qarşılaşma noyabrın 4-də İstanbulda keçirilib və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Sarı-qırmızılar" Moskva təmsilçisinin futbolçusu Dmitri Jivoqlyadovun oyun zamanı önündə iki iki sarı vərəqə görməsinə əsaslanıb. Səbəb kimi baş hakimin Jivoqlyadovu meydandan qovmaması göstərilib.

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin