“Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşırdılar”
24 Noyabr 2024
22:34 - 6 Noyabr 2024
"Sabah intizamlı komandaya qarşı oynayacağıq".
Manset.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində səfərdə Norveçin "Budyo-Qlimt" komandasına qarşı keçirəcəkləri IV tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis Norveç futbolunun son illər olduqca inkişaf etdiyini söyləyib: "Rəqibin özünəxas oyun tərzi var. Bu klubun qarşılaşdığımız digər rəqiblərimizdən üstün cəhətləri çoxdur. Hətta deyə bilərəm ki, İngiltərənin "Tottenhem", Niderlandın "Ayaks" kollektivlərindən də üstündürlər".
O, futbolçularının sabah meydana qələbə üçün çıxacaqlarını bildirib: "İnanıram ki, oyunçularımız yaxşı nəticə üçün əllərindən gələni edəcəklər. Bu komanda qarşısında şanslarımızı 50-nin 50-yə dəyərləndirirəm. Məğlub da ola bilərik, qalib də gələ bilərik. Sadəcə onu deyə bilərəm ki, müsbət nəticə üçün 90 dəqiqədə çox intizamlı və diqqətli oynamalıyıq".
Noyabrın 7-də “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin