Bu şəxslər metro və avtobuslardan pulsuz istifadə edəcəklər - RƏSMİ
6 Noyabr 2024
17:25 - 6 Noyabr 2024
Bakı şəhər Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, Ziya Bünyadov prospektində minik avtomobili kommunal idarənin süpürgəçisi olan qadını vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanıb: “Noyabrın 6-sı saat 09:25 radələrində paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində 32 yaşlı O.İbrahimov idarə etdiyi “Wolkswagen” markalı avtomobillə piyada 55 yaşlı E.İrzayevanı vurub. Zərərçəkmiş şəxs aldığı bədən xəsarətləri nəticəsində ölüb.
Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi polis orqanında cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin