Sabah 3 rayonun qazı kəsiləcək - XƏBƏRDARLIQ
6 Noyabr 2024
16:31 - 6 Noyabr 2024
Bakının Nəsimi rayonu, Həsən Əliyev (keçmiş İnqilab) küçəsində fantastik qiymətə aptek satılır. Aylıq icarə haqqı 4500 manat olaraq nəzərdə tutulan obyektin satış dəyəri isə nə az nə çox 1 milyon manatdır.
Manset.az Yenisabah.az-a istinadən xəbər verir ki, sözügedən aptekin satışı ilə bağlı satış saytlarının birində elan dərc edilib. Elanda aptekin sahəsinin 100 kvadratmetr olduğu bildirilir.
5 otaqdan ibarət olan aptekin satış qiyməti internet istifadəçiləri tərəfindən geniş maraqla qarşılanıb. Ümumiyyətlə isə son zamanlar sözügedən ərazidə, yəni Həsən Əliyev küçəsi və “Gənclik” metrostansiyasının ətrafında ev, mənzil və obyektlərin katostrofik satış qiymətləri adi hala çevrilib. Bundan bir müddət öncə isə, burada həyət evlərinin biri 2.5 milyon manata satışa çıxarılmışdı.
Market, mağaza və klinika tipli obyektlərin yüksək məbləğdə satışı dəfələrlə müşahidə edilsə də, “əlyandıran” qiymətə aptek satışı demək olar ki, ilk dəfədir. Əksər realtorlar bu cür pik qiymətləri obyektin ərazisi, yerləşdiyi yer və aylıq gəlirinin yüksək olması ilə əlaqələndirirlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin