Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
20:31 - 11 Noyabr 2021
İranda ötən sutka ərzində 123 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 539 nəfər yoluxub.
Manşet.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 127 809 nəfərə, yoluxanların sayı isə 6 019 947 nəfərə çatıb. Virus daşıyıcılarından 3 582 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 5 656 447 nəfər koronavirusdan sağalıb, 36,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 97,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 55,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 393 min təşkil edir.
Milli.Az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin