Bakıda yarım milyonluq dələduzluq edən şəxsin cəzası azaldıldı

12:20 - 6 Noyabr 2024

Bakıda yarım milyonluq dələduzluq edən şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Nağdalıyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il müddətinə azadlıqdan məhrumetmə hökm dəyişdirilib, cəzası 2 ay azaldılıb.

İttihama görə, Rahib Nağdalıyev 12 nəfərə "Sədərək" Ticarət Mərkəzində meyvə-tərəvəz biznesi ilə məşğul olduğunu bildirib. O, həmin şəxslərə biznesinə pul qoymaqla qazanc əldə edəcəyinə dair yalan vəd verib. Rahib Nağdalıyev bu yolla zərərçəkmişlərdən 2020-2022-ci illərdə paytaxt ərazisində ümumilikdə 546 100 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra o, verdiyi vədə əməl etməyib və zərərçəkmişlərin şikayəti əsasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin