COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
23:31 - 5 Noyabr 2024
Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısı Qırğızıstanda keçiriləcək. Bu çərçivədə Qırğızıstanda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qırğızıstan Prezidenti Sadır Japarov qəbul edib.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, iki lider “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası”nda iştirak ediblər.
Görüşdə Ərdoğan və Japarovun iştirakı ilə iki ölkə arasında 19 müqavilə imzalanıb. Həmçinin, Ərdoğana Japarov tərəfindən birinci dərəcəli “Manas ordeni” təqdim edilib.
Görüşdən sonra Ərdoğan Japarova “Togg”, Japarov isə Ərdoğana at hədiyyə edib.
Qeyd edək ki, birinci dərəcəli "Manas" ordeni Qırğızıstanın ən yüksək mükafatıdır. Bu mükafat ölkənin və demokratik cəmiyyətin, xalqın birliyinin qorunması və möhkəmləndirilməsi, dövlətin iqtisadi, intellektual və mənəvi potensialının artırılması sahəsində müstəsna xidmətlərə görə verilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin