Rusiya “Apple”ı cərimələdi

21:44 - 5 Noyabr 2024

Rusiya “Apple”ı cərimələdi

"Apple" şirkəti Rusiyada bəzi məzmunlara girişi bloklamadığı üçün cərimələnib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Apple"a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Bu platformada bəzi qadağan olunmuş məzmuna girişin bloklanmadığı üçün qanuna əməl edilmədiyi qənaətinə gələn məhkəmə "Apple" şirkətini 3,6 milyon rubl (təxminən 37 min dollar) cərimə ödəməyə məcbur edib.

Qeyd edək ki, əvvəllər ölkədə oxşar səbəblərdən "Google", "TikTok" və "Telegram" kimi müxtəlif xarici platformalar üçün cərimələr tətbiq edilib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin