İcra başçısı və deputat məşhur bloggerin övladının xoş günündə - VİDEO
5 Noyabr 2024
18:18 - 5 Noyabr 2024
İngiltərədə psixi sağlamlıq problemlərinə görə xəstəxanaya yerləşdirilən 20 yaşlı "TikTok" fenomeni Uolker-Flynn intihar edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
150 min izləyicisi olan və ruhi sağlamlıq mövzusunda maarifləndirici videolar hazırlayan fenomenin anası Viktoriya Uolker məsələdə xəstəxana işçilərini günahlandırıb.
O bildirib ki, orada xəstələrə limitsiz sosial mediaya giriş icazəsi verilir, hətta işçilər özləri də "TikTok" videoları çəkirlər. Bu isə xəstələrin psixi sağlamlığına yaxşı təsir etmir.
Bu faciəvi hadisə psixi sağlamlıq müəssisələrində sosial mediadan istifadənin monitorinqi və xəstələrin daha yaxından izlənilməsi zərurəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin