Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
18:15 - 5 Noyabr 2024
Azərbaycanda noyabrın 5-i saat 18:00-a olan hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şəkidə 28 m/s, Zaqatalada 30 m/s, Goranboyda 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Gəncə, Neftçalada 20 m/s, Gədəbəy, Yevlax, Bərdədə 16 m/s təşkil edir.
Hazırda Bakıda və Abşeron yarımadasında, Qusarda arabir yağış, Şahdağ, Altıağacda isə qar yağır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin