Prezident Aytmatovun ailəsi ilə çay süfrəsi arxasında - FOTOLAR
5 Noyabr 2024
17:35 - 5 Noyabr 2024
Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyəcək.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda iştirak edəcəklərini təsdiqləyib.
Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa və İspaniya liderləri iştirak edəcəklərini bildiriblər.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri, COP-29 Təşkilat Komitəsinin sədri Samir Nuriyev bir nüçə gün əvvəl bildirib ki, COP-29 liderlər sammitində 100-dən çox dövlət və hökumət başçısının, vitse-prezidentin iştirakı gözlənilir. Onun sözlərinə görə, COP-29-da iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası katibliyi vasitəsilə 50 mindən çox adan qeydiyyatdan keçib.
COP-29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin