Baş nazirdən bu qurumla bağlı QƏRAR

16:50 - 5 Noyabr 2024

Baş nazirdən bu qurumla bağlı QƏRAR

“Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

 

Manset.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Mərkəzin nizamnamə fondunun məbləği 1 000 000 manatdır. Mərkəzin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Mərkəz öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.

Mərkəz ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Mərkəz bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Mərkəzin rəsmi adı aşağıdakı kimidir: tam halda - Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi, qısaldılmış halda – TZİM.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin