Külli miqdarda qumar borcu olan məşhur müğənni son evini 10 milyon dollara satır

14:44 - 5 Noyabr 2024

Külli miqdarda qumar borcu olan məşhur müğənni son evini 10 milyon dollara satır

Məşhur müğənni Serdar Ortaç yaşadığı son evini də satışa çıxarıb.

 

Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçi səhhətində yaşadığı problemlər və maddi sıxıntılar səbəbilə qaldığı son evi də satır.

İkimərtəbəli villa Sarıyerdə lüks bir rezidens ərazisində yerləşir. Malikanə 10 milyon dollara satılır. Villa 8 otaqlıdır. 4 qonaq və 4 yataq otağından ibarətdir. Boğaz mənzərəli malikanə 745 kvadratmetrdir.

Yayılan son məlumatlara əsasən bundan sonra müğənni Caddebostan ərazisindəki evlərdən birini alaraq orada yaşayacaq.

Xatırladaq ki, Serdar Ortaç son illər mətbuatda külli mqdrarda qumar borcun un olması xəbərləri ilə gündəmə gəlib. Bu barədə açıqlama verən ifaçı "35 il qumar oynadım oynadım, heç vaxt qalib olmadım" deyə bildirmişdi.



Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin