“Azərbaycanın buna nail ola biləcəyinə şübhə ilə yanaşırdılar”
24 Noyabr 2024
13:44 - 5 Noyabr 2024
Bu gün ABŞ tarixində ən "kritik" prezident seçkilərindən biri keçiriləcək
Manset.az xəbər verir ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp ümummilli sorğularda 0,1 faiz irəlidə görünsə də, ştatlarda rəqibindən 0,8 faiz üstün olub.
Hər iki namizədin fərqli fikirlərinin olduğu “Qəzza siyasəti, iqtisadiyyatı, immiqrasiya və abort” kimi məsələlər seçicilər üçün kritik əhəmiyyət kəsb edir.
Bu seçkilərdə 100 yerlik Senatın üçdə biri, yəni 34 yer və 435 yerlik Nümayəndələr Palatasının hamısı yenidən seçiləcək.
Hazırkı sorğulara görə, respublikaçıların Senatda, demokratların isə Nümayəndələr Palatasında çoxluğu əldə edəcəyi ehtimalı var.
ABŞ-də prezident seçkisi prosesi necə irəliləyir?
Amerikalılar 5 Noyabr Çərşənbə axşamı günü həm ölkəni 4 il idarə edəcək yeni prezident seçmək üçün Respublikaçı Donald Trump ilə Demokrat Kamala Harris arasında seçim edəcək, həm də qanunvericilikdə mühüm rol oynayan ABŞ Konqresinin iki palatası olan Senatın 34 yerini və 435 yerlik Nümayəndələr Palatasının yeni üzvlərini müəyyən edəcək.
ABŞ prezident seçki prosesi ön seçkilər və partiya yığıncaqları, milli konqreslər, seçki kampaniyası və Seçicilər Kollegiyası səsverməsi mərhələlərindən ibarətdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin