Roza Zərgərli: "21 il əvvəl Əkbərlə "həri"li olmuşuq" - VİDEO

18:44 - 11 Noyabr 2021

Roza Zərgərli:

Müğənni Roza Zərgərli şəxsi həyatından danışıb.

Manşet.az xəbər verir ki, sənətçi aparıcısı olduğu "Tam vaxtıdır" verilişində uzun illərdir duet ortağı olduğu həmkarı Əkbər Əliyevlə bağlı etiraf edib.

Müğənni öz proqramında ona evlənmə təklifi edən Əkbərlə bir zamanlar "həri"li olduğunu açıqlayıb:

"Hər ikimiz 21 ildir yan-yanayıq, dostuq və biz 21 il əvvəl "həri"li olmuşuq. Bu yeni bir söhbət deyil. Röya Ayxan bu məsələnin şərhçisi ola bilər. O, da bizimlə bərabər idi. Biz dostuq.

Lakin bir məsələ var. İkimiz də çox kaprizliyik, çox hömlü insanlarıq. İndi baxaq görək kimin hökmü hara qədər davam edəcək".


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin