Bakıda avtobus uşağı vurdu - ANBAAN VİDEO
5 Noyabr 2024
10:51 - 5 Noyabr 2024
“Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək”.
Bunu Manset.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
G.Abbasovanın sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir:
“Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən narıncı xəbərdarlığa uyğun olaraq, küləyin güclənəcəyi, sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir”.
Xidmət rəsmisi qeyd edib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin