COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
22:25 - 4 Noyabr 2024
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsində qalib müəyyənləşib.
Manset.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Gəncə" və "Abşeron" kollektivləri üz-üzə gəlib.
Qarşılaşma ikincilərin 3:0 (25:18, 25:20, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu gün baş tutan kişilərin final görüşündə “Xilasedici” "Azərreyl"i 3:0 hesabı ilə üstələyərək ölkə kubokunun sahibi olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin