Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
20:04 - 4 Noyabr 2024
Bildiyimiz kimi, Bakıda bir sıra yollarda velosiped zolaqları çəkilib və çəkilməkdə davam edir. Lakin əfsuslar olsun ki, bir sıra hallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadə etmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyi yoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.
Manset.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir.
“Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobud şəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsi sürücülərinin həyatlarını təhlükə altına atırlar. Xüsusilə də velosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadə etmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqa zolaqla hərəkət etməsi qadağandır.
Belə hallar aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, həmin sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik”, - deyə T.Nəsirli əlavə edib.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da bildirib ki, İnzibati Xətalar Məcəlləsində velosiped idarə edən şəxslər üçün cərimə nəzərdə tutulur.
“Əgər onlar piyadalara mane olarlarsa, 40 manat cərimə olunurlar. Əgər velosiped zolağı varsa, velosipedlər həmin zolaqla hərəkət etməlidirlər, zolaqdan kənarda digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdırlar.
Bu qaydaları pozanlar üçün qanunvericilikdə cərimələr nəzərdə tutulur. Velosiped sürücüləri də qaydalara riayət etməlidirlər”, - deyə o əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin