Bahadır Mahmudov yüksək vəzifəyə təyin edildi - FOTO
24 Noyabr 2024
19:38 - 4 Noyabr 2024
Azərbaycan və Rusiyanın hökumət başçıları Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub və onlar ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.
“Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi, elmi-texniki əməkdaşlığının cari məsələlərini müzakirə ediblər”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, sənaye və nəqliyyat infrastrukturu sahəsində birgə layihələrə xüsusi diqqət yetirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin