İstanbulda İƏT COMCEC-in 40-cı Nazirlər Toplantısı keçirilir

19:27 - 4 Noyabr 2024

İstanbulda İƏT COMCEC-in 40-cı Nazirlər Toplantısı keçirilir

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 40-cı Nazirlər Toplantısı keçirilir.

 

Manset.az xəbər verir ki, bu gün tədbirin rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən bu 40 il ərzində İƏT-in imkansız görünən bir çox uğurlara imza atdığını, ölkələr arasında ticarət və iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyib.

Türkiyə Prezidenti çıxışında regional münaqişələrin aradan qaldırılması üçün dünya ölkələrinin birləşməsinin vacibliyini vurğulayıb.

Tədbirdə İƏT-in 2025-ci il üçün nəzərdə tutulan fəaliyyət planı, qlobal iqtisadi inkişaf, İƏT daxilində ticarət, iqtisadi əməkdaşlıqda özəl sektorun rolunun artırılması, nəqliyyat və kommunikasiyanın yaxşılaşdırılması, turizm sektorunun rəqabətə davamlılığının artırılması kimi məsələlər müzakirə olunur. Toplantıda ticarət, maliyyə, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, rəqəmsal transformasiya sahələrində əməkdaşlığın təkmilləşdirilməsi səyləri ilə bağlı müzakirələr aparılır.

Toplantı çərçivəsində müzakirə olunan mövzulardan biri də Prezident Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın rəhbərliyi ilə başladılan və bir çox beynəlxalq platformalarda izlənilən sıfır tullantı layihəsidir. Bu məqsədlə tədbir əsnasında “Qadınların yaşıl iqtisadiyyatda qabaqcıl rolu: Sıfır tullantı təşəbbüsü” mövzusunda panel iclas təşkil ediləcək.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin