Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına CAVAB
24 Noyabr 2024
15:18 - 4 Noyabr 2024
Avropa İttifaqı (Aİ) və Cənubi Koreya Şimali Koreyanın Rusiyaya qoşun göndərməsini pisləyib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreya Müdafiə Nazirliyi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin ölkəyə səfəri çərçivəsində paytaxt Seulda müdafiə naziri Kim Yonq-hyun ilə görüşdüyünü açıqlayıb.
Bildirilib ki, tərəflər beynəlxalq ictimaiyyətlə koordinasiyada Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın qarşısının alınması üçün yaxından işləmək barədə razılığa gəliblər.
Borrell və Kim Şimali Koreyanın Rusiyaya qoşun göndərməsindən ciddi narahat olduqlarını, bunu şiddətlə qınadıqlarını bildiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin