Rektor təyin edilən Yaşar Ömərov kimdir? - DOSYE

14:19 - 04 Noyabr 2024

Rektor təyin edilən Yaşar Ömərov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Texnologiya Universitetinə yeni rektor təyin edilib. Sərəncamla bu vəzifəyə Yaşar Adil oğlu Ömərov gətirilib.

 

Manset.az yeni rektorun dosyesini təqdim edir.

Yaşar Adil oğlu Ömərov 1 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 52 nömrəli tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin “Biokimya” ixtisasına qəbul olub və 1999-cu ildə həmin ixtisas üzrə bitirmişdir. 1999-2001-ci illərdə təhsilini BDU-nun magistraturasında eyni ixtisas üzrə davam etdirib. 2001-ci ildə BDU-nun aspiranturasına qəbul olub, 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlayıb. 2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışıb. 2014-cü ildən başlayaraq əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirmiş və Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində çalışıb, 2019-cu ildən hal- hazıradək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində işləyib.

2021-ci ilin iyulundan başlayaraq Y.A.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib. 

Azərbaycan Respublikası Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilib.

YAP-ın üzvüdür.


Digər xəbərlər

Генерал-майор Попов лишился звания и сел в тюрьму: из-за чего?
В Бурятии студентка погибла от рук лучшей подруги: как так?!
Сегодня пасха мертвых: что категорически запрещено делать
В России введут ограничения для вождения по возрасту
Причина новой волны набора солдат по России
Все, кто делает платежи за ЖКХ — с 1 мая сюрприз
В Нижнекамске псих совратил школьника и целый год жил с ним
5 лет назад они убили своего сына, а поймали их только сейчас: ужас
Список известных актеров, которые росли в детдоме: пример!
Что нужно делать 27 апреля, потому что этот день сулит опасность

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
Генерал-майор Попов лишился звания и сел в тюрьму: из-за чего?
xidmet.tv
В Бурятии студентка погибла от рук лучшей подруги: как так?!