Bu əməliyyat da icbari tibbi sığorta ilə mümkündür
5 Noyabr 2024
10:12 - 4 Noyabr 2024
Rusiyanın Moskva şəhərində Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib.
Manset.az Bakupost-a istinadən xəbər verir ki, 52 yaşlı Mirzə Mirzəyev Cənub bölgəsi komandanının keçmiş müavini olub və tez tikilə bilən binaların modulları üçün təchizatçılardan 140 milyon rubl (təxminən 1.4 milyon dollar) tələb edib. Əks halda, 480 milyon rubl (təxminən 4.8 milyon dollar) dəyərində olan müqaviləni ləğv edəcəyi ilə hədələyib.
General Mirzəyev pulu aldıqdan sonra saxlanılıb. Vəkilləri Mirzəyevin ev dustaqlığında saxlanılması tələbi ilə çıxış etsələr də, məhkəmə onun həbsxanaya göndərilməsinə qərar verib.
General 2025-ci ilin yanvarın 2-dək həbsdə qalacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin