Trampla Harris bərabərləşdi - Sabah seçkidir

09:59 - 4 Noyabr 2024

Trampla Harris bərabərləşdi - Sabah seçkidir

ABŞ-da prezidentliyə namizədlərlə bağlı keçirilən ən son ümummilli sorğunun nəticəsinə görə, demokrat Kamala Harris və respublikaçı Donald Trampın şansları bərabərdir.

 

Manset.az Modern.az-a istinadənxəbər verir ki, bunu NBC Nyus-un sorğusu göstərib.

Harrisin dəstəyinin bir neçə amillə bağlı olduğu bildirilir. Birincisi, onun abort hüququnda əhəmiyyətli üstünlüyü var. Bundan əlavə, medianın məlumatına görə, Harris bir çox seçici tərəfindən orta təbəqənin müdafiəçisi kimi qəbul edilir.

Eyni zamanda qeyd edilir ki, Trampın dəstəyi getdikcə artır, çünki seçicilərin əksəriyyəti ölkənin hazırkı kursundan narazıdır. Respondentlərin təxminən üçdə ikisi ABŞ-ın yanlış yolda olduğuna inanır. Seçicilər həmçinin bir çox amerikalılar üçün ən vacib olan iqtisadi məsələlərdə Trampın əhəmiyyətli üstünlüyünə işarə edirlər.

Amerikada prezident seçkiləri sabah - 5 noyabrda keçiriləcək. Əsas mübarizə Demokratlar partiyasından olan hazırkı vitse-prezident Kamala Harris və Respublikaçılar partiyasından olan eks-prezident Donald Trampdır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin