Tramp seçki öncəsi Harrisi qabaqlayır

15:15 - 3 Noyabr 2024

Tramp seçki öncəsi Harrisi qabaqlayır

ABŞ prezidentliyinə namizəd Donald Tramp bütün “tərəddüd edən” ştatlarda rəqibi Kamala Harrisi qabaqlayır.

 

Manset.az xəbər verir ki, bu barədə “AtlasIntel”in sorğu məlumatlarında göstərilib.

Qeyd olunub ki, Tramp hər ştatda Harrisi ən azı 1 faiz qabaqlayır.

Respublikaçı namizədin ən böyük üstünlüyü Arizona və Nevadadadır.

Eyni zamanda, Amerikanın Viskonsin, Miçiqan və Pensilvaniya ştatlarında Tramp öz rəqibini müvafiq olaraq 1,3%, 1,5% və 1,7% qabaqlayır.

Bundan əlavə, Harris öz rəqibindən Corciyada 1,8%, Şimali Karolinada isə 3,6% geridə qalıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin