Azərbaycan nümayəndə heyəti İstanbulda Heydər Əliyevin abidəsində - FOTO

14:30 - 3 Noyabr 2024

Azərbaycan nümayəndə heyəti  İstanbulda Heydər Əliyevin abidəsində - FOTO

41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edən Azərbaycan nümayəndə heyəti noyabrın 3-də şəhərin Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında xalqımızın Ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçinin abidəsi ziyarət olunub.

 

Manset.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Xalq yazıçısı Elçin, Türk Mədəniyyəti və İrsi Fondunun Aparat rəhbəri Fəxri Hacıyev, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, yazarlarımız və naşirlərimiz iştirak ediblər.

Ulu öndərin abidəsi önünə tər çiçəklər düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin İstanbulun Sarıyer rayonundakı abidəsi 2006-cı ildə ucaldılıb. Həmin ilin 12 iyul tarixində Prezident İlham Əliyevin iştirakı ilə abidənin açılışı keçirilib. 

Xatırladaq ki, Azərbaycan "Uşaqlıq şənlikdir" şüarı ilə 2-10 tarixlərində keçirilən İstanbul sərgisinin "fəxri qonaq ölkə"sidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi məkanında ölkəmizin böyük stendi qurulub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin