Prezident Mövlud Çavuşoğlunu qəbul etdi
4 Dekabr 2024
15:04 - 11 Noyabr 2021
Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbiçilərlə görüşündə Vətən müharibəsində döyüşlərə rəhbərlik edən generallar – Kərim Vəliyev, Hikmət Mirzəyev, Mais Bərxudarov, Ramiz Tahirov, Namiq İslamzadə iştirak etsə də, 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun görüşdə yer almaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Manset.az-a açıqlamasında Hikmət Həsənov səhhətində problemlər olduğunu, hazırda müalicə aldığını bildirib.
“Mən hazırda müalicələr alıram. Sonuncu müharibədə ağır xəsarətlər almışam. İnfarkt keçirmişdim, ürəyimə stend qoyulub. Baxmayaraq ki, ağır idim, amma döyüşü tərk etmədim. Arxasıncada mən Ağdama girdiyimiz zaman minaya düşdüm, məndə üç yerdə sınıq yaranıb. L-11, l-12, l-1-ci fəqərələrimdə sınıq yarandı. Eyni zamanda kəllə-beyin traması yarandı. Müalicələrim davam edir.”
Qeyd edək ki, bir müddət bundan əvvəl Manset.az saytı 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun vəzifəsindən azad olunduğu barədə ekskluziv məlumat yayımlamışdı.
Əli VƏLİYEV
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin