Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
21 Noyabr 2024
21:16 - 2 Noyabr 2024
Gəncədə 44 yaşlı kişinin qətlə yetirilməsinin bəzi detalları məlum olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən 1980-ci il təvəllüdlü Şəmistan Süleymanov şəhərin Totanlı küçəsində fəhlə işləyən qohumu, 1971-ci il təvəllüdlü Nəsimi Mustafayevin yanına gələrək borcunu istəyib.
Onların arasında dava baş verib. Mübahisə zamanı Mustafayev Süleymanova kəsici alətlə bir neçə zərbə endirib.
Ş.Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Totanlı küçəsi, 6-cı döngə, ev 13 də (yeni məhlələr) adlanan ərazidə qeydə alınan hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin