Pensiya alanlara şad xəbər
23 Noyabr 2024
20:08 - 2 Noyabr 2024
18 yaşlılardan ibarət yığmanın baş məşqçisi Füzuli Məmmədov vaxtından əvvəl iş yerini dəyişə bilər.
Manset.az Sportinfo.az-a istinadla bildirir ki, bu barədə AFFA-dan məlumat daxil olub.
Qurumdan əldə edilən informasiyaya görə, adıçəkilən mütəxəssis fəaliyyətini I Liqada davam etdirməyə yaxındır.
Belə ki, 2020-2021-ci illərdə "Neftçi"ni çalışdırmış Məmmədov "İmişli"nin gündəmindədir. Tərəflər arasında ilkin danışıqlar geridə qalıb. U-18-in sükançısı karyerasını bu klubda davam etdirməyə maraqlıdır.
Premyer Liqaya iddialı "İmişli" cari mövsümə Fərid Namazovla başlayıb. İlk 6 turdan sonra 4-cü yerdə gedirlər. Rayonun eyniadlı təmsilçisi lider "Karvan"dan 8 xal geri qalır.
Namazov karyerası ərzində "Səbail", "Qarabağ" kimi klublarda məşqçi kimi çalışıb, son olaraq isə U-19 millisində Aqil Nəbiyevin köməkçisi işləyib.
Eyni zamanda AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı çalışıb.
"İmişli"ni ötən mövsüm Əsgər Abdullayev çalışdırırdı. O, komandanı Premyer Liqaya daşıya bilmədiyindən, iyunda yollar ayrıldı.
Füzuli Məmmədovun isə I Liqa təcrübəsi var. Son 3 mövsümdə faktiki olaraq "Qaradağ Lökbatan"ı çalışdırıb.
Adı iştirak ərizəsinə daxil edilməsə də, komandanın onun tərəfindən formalaşdırılması və idarə olunması heç kimə sirr deyildi. İyundan bəri onların əlaqəsi kəsilib.
Premyer Liqaya vəsiqənin son anda əldən verilməsi səbəbindən "Qaradağ" rəhbərliyi Məmmədovla işbirliyini dayandırıb.
"Neftçi"nin eks sükançısının AFFA ilə müqaviləsi isə 2025-ci ilin ilk günündə - yanvarın 1-də başa çatacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin