ABŞ bu addımı atsaydı, müharibə başlamayacaqdı

16:58 - 2 Noyabr 2024

ABŞ bu addımı atsaydı, müharibə başlamayacaqdı

Əgər ABŞ Rusiya ilə təhlükəsizlik sazişi imzalasaydı, Ukraynada hərbi əməliyyat başlamazdı.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev RT-yə müsahibəsində deyib.

“Əgər Qərb ölkələri və ilk növbədə ABŞ çeviklik nümayiş etdirsəydi və Rusiya ilə təhlükəsizlik sazişi bağlasaydı, xüsusi hərbi əməliyyat olmazdı”, - Medvedev bildirib.

Onun sözlərinə görə, Qərb hakimiyyəti öz siyasətlərində ABŞ maraqlarının müstəsnalığı prinsipinə əsaslanır. Medvedyev əlavə edib ki, bu, ABŞ-ı bir gün məhv edəcək böyük səhvdir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin