Bu ərazilərdə 4 gün işıq verilməsində fasilə olacaq - XƏBƏRDARLIQ
24 Noyabr 2024
15:05 - 2 Noyabr 2024
Vaşinqton qubernatoru Cey İnsli noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar ştatın Milli Qvardiyasının hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.
Manset.az NBC telekanalına istinadla xəbər verir ki, bu, Daxili Təhlükəsizlik Departamentinin seçki infrastrukturuna qarşı təhdidlər və ya ştatın cənub-qərbində seçki qutularının yandırılması kimi hadisələrlə bağlı son xəbərdarlığından sonra ehtiyat tədbiri ilə bağlıdır.
Milli Qvardiyanın əməkdaşları noyabrın 4-dən 7-dək vəzifələrini icra edəcək və lazım gələcəyi təqdirdə yerli hüquq-mühafizə orqanlarına kömək göstərəcəklər.
Qubernator xatırladıb ki, Vankuver şəhərində seçki qutusunun yandırılması zamanı yüzlərlə bülleten zədələnib və ya məhv olub.
İctimai rəy sorğularının nəticələrinə əsasən, ABŞ-ın vitse-prezidenti demokrat Kamala Harris bu ştatda respublikaçı rəqibi Donald Trampı asanlıqla məğlub etməlidir.
Florida Universitetinin məlumatına görə, ABŞ-da artıq 70 milyona yaxın insan erkən səsvermədə iştirak edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin