Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat CƏRİMƏ
24 Noyabr 2024
11:15 - 2 Noyabr 2024
Noyabr ayının 1-də YAP Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereya ilə birgə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş "Zəfər Yolu" adlı rəsm sərgisi ilə əlaqədar master klass təşkil olunub.
Manset.az xəbər verir ki, sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyəti iştirak edib.
50 nəfər rəssamın müxtəlif növ və zəngin əsərlərindən ibarət master klasa baxış keçirilib.
Çıxış edən Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlərdən bəhs edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçən müstəqil Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşadığını, qazanılmış böyük Zəfərlərin bu fikrin sübutu olduğunu iştirakçıların diqqətə çatdırıb. Milli köklərimizə, mənəvi tarixdən gələn ənənələrimizə bağlılıq, vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmuş Azərbaycan gənclərinin torpaqlarımızın işğaldan azad edilməsinə misilsiz töhfə verdiyini bildirib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin cəsurluğu, qəhrəmanlığı, şəhidlərimizin qanı, xalqımızın birliyi nəticəsində qazanılmış bu tarixi Qələbələr ölkəmizin dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı diqqətə çatdırılıb. Çıxışının sonunda Bəxtiyar Nəbiyev sərgi iştirakçılarını 8 Noyabr-Zəfər Günü münasibəti ilə təbrik edib.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxış edərək ilk öncə göstərilən diqqətə və sərginin təşkilində göstərilən dəstəyə görə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə və YAP Yasamal rayon təşkilatına öz dərin minnətdarlığını ifadə edib. Çıxışda rəsm sərgisində iştirak edən rəssamlar və onların təqdim etdikləri əsərlər barədə ətraflı məlumat verib. Bildirib ki, müsabiqədə respublikanın bütün bölgələrini təmsil edən rəssamların iştirakının təmin edilməsinə xüsusi önəm verilib, hazırlanacaq əsərlərin Zəfər ruhunu əks etdirməsinin əhəmiyyəti barədə onlarla maarifləndirici görüşlər təşkil edilib, zəruri məsləhətlər verilib. Vətən müharibəsində qazandığımız tarixi qələbəni və vətənpərvər gənclərimizin şücaətini əks etdirən rəsm əsərlərinin hazırlanmasının uğurla həyata keçirildiyini ifadə edib.
Çıxışlardan sonra müxtəlif yaş qruplarından olan rəssamlara diplomlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin