Nazir keçmiş jurnalisti yüksək vəzifəyə TƏYİN ETDİ

10:40 - 2 Noyabr 2024

Nazir keçmiş jurnalisti yüksək vəzifəyə TƏYİN ETDİ

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib.

 

Manset.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.

Qeyd edək ki, Elşən Məmmədov bu təyinatadək Qusar Olimpiya İdman Kompleksinin rəhbəri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Elşən Məmmədov da əvvəl idman jurnalisti kimi fəaliyyət göstərib. Belə ki, o, "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" agentliklərində müxbir və redaktor kimi çalışıb.
2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin