Ərdoğan müxalifət liderini məhkəməyə verdi

23:29 - 1 Noyabr 2024

Ərdoğan müxalifət liderini məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl və İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu məhkəməyə verib.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "A Haber" kanalı məlumat yayıb.

Ərdoğanın vəkili Əhməd Özel prezidentin tənqidi edildiyini bildirib.

O, mənəvi təzminat olaraq hər birindən 1 milyon türk lirəsi (29 min dollar) tələb edib.

İddialara səbəb oktyabrın 31-də İstanbulda keçirilən mitinqdə müxalifət nümayəndələrinin Esenyurt bələdiyyəsinin başçısı Ahmet Özerin terror fəaliyyətində ittiham edilərək həbs edilməsi ilə bağlı Ərdoğana qarşı açıqlamaları olub.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin