ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

22:45 - 1 Noyabr 2024

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində daha bir hərbi yardım paketi ayırdığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Yeni yardım paketinə "NASAMS" zenit-raket artilleriya kompleksləri üçün döyüş sursatı, "HIMARS" yayılım atəşi sistemi, “Stinger” zenit-raket kompleksləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, "TOW" tank əleyhinə sistemlər üçün döyüş sursatları, "Javelin" və "AT-4" tank əleyhinə sistemlər, PUA əleyhinə avadanlıqlar, hava-yer döyüş sursatları, “Stryker” zirehli personal daşıyıcıları, atıcı silahlar və sursatlar daxildir.


Xəbər xətti

2 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin