COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
19:55 - 1 Noyabr 2024
Bakı Dövlət Universitetində YAP Yasamal rayon təşkilatı, YAP Yasamal rayon “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatı və universitetin Hüquq, Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Geologiya və Biologiya fakültələrin birgə təşkilatçılığı ilə “COP29-a aparan yol” mövzusunda elmi konfrans keçirilib.
Manset.az xəbər verir ki, konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “91-lər” dən biri Şahlar Əsgərov, YAP Yasamal rayon “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, Hüquq, Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Geologiya və Biologiya fakültələrin professor-müəllim heyəti və qeyd olunan fakültələrin tələbələri iştirak edib.
Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfras iştirakçılarını salamlayaraq “Ulu öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” mövzusu ilə çıxış edən YAP Yasamal rayon “Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov qeyd edib ki, məlum olduğu kimi, ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq Dövlət proqramları qəbul olunur və icra edilir. Bunun nəticəsidir ki, ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm nailiyyətlər əldə edilib. Qeyd olunub ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin digər sahələrlə yanaşı, ətraf mühitin mühafizəsi sahəsində formalaşdırdığı yeni ekoloji siyasət insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun tam təmin olunmasına zəmin yaratdı. Ulu Öndər Azərbaycanda rəhbər olduğu müddətdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Azərbaycanın inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasəti uğurla davam etdirən Prezident cənab İlham Əliyev fəaliyyətində ölkəmizin ekoloji durumuna xüsusi diqqət və qayğı göstərir. Bundan əlavə ölkəmizə aparılan ekoloji siyasətə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da verdiyi dəstək əvəzolunmazdır. Bunun nəticəsidir ki, Azərbaycan bu gün ümumdünya ekoloji siyasətə və onun təhlükəsizliyinə mühüm tövhələr verir. Bunun ən böyük nümunəsi başlanmasına sayılı günlər qalmış COP29 konfransına ölkəmizin evsahibliyi etməsidir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev “Dövlətin ekoloji siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək qeyd edib ki, ulu öndər Heydər Əliyev fərqli siyasi sistemlər şəraitində Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanması, müstəqil dövlət ideyasının gerçəkləşməsi prosesində ölkəmizi mürəkkəb, olduqca təlatümlü mərhələlərdən fövqəladə siyasi uzaqgörənliyi ilə çıxararaq Ümummilli Lider səviyyəsinə yüksəlmiş tarixi şəxsiyyət və böyük dövlət xadimidir. İstər sovet, istərsə də müstəqillik dönəmində Azərbaycan xalqını təhdidlərdən qorumağı, dövlətçilik prinsiplərini sağlam təməllər üzərində möhkəmləndirməyi, Vətənin bütövlüyünü, xalqımızın milli-mənəvi dəyərlərini yaşatmağı həyatının əsas amalına çevirmiş Ulu Öndər öz şəxsiyyəti və mübarizə yolu ilə gələcək nəsilləri yeni qələbələrə ilhamlandıran nümunə yaratmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə ekoloji məsələlər, xüsusilə enerji sektorunun genişlənməsi və iqtisadi inkişafın sürətlənməsi kontekstində, önəmli bir yer tutmuşdur. Əsasən, Azərbaycanın iqtisadiyyatı neft və qaz sənayesinə əsaslandığı üçün, ekoloji siyasət enerji sektorunun inkişafı ilə sıx bağlı olmuşdur. Ümumilli Liderin dövründə Azərbaycan üçün ekoloji siyasətin prioritetləri arasında: neftlə çirklənmənin azaldılması, ekoloji tənzimləmə və monitorinq və beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini artırmağa çalışmışdır. Bu, ekoloji standartların yaxşılaşdırılması və qlobal ekoloji problemlərlə mübarizədə əməkdaşlıq üçün vacib olmuşdur. Ulu Öndərin ekoloji siyasətə yanaşması daha çox praktiki və iqtisadi inkişafın tələblərinə uyğun olaraq formalaşdırılmışdır. Ölkəmizdə aparılan ekoloji siyasət bu gün əmin əllərdədir. Prezident cənab İlham Əliyevin yürüdüyü uğurlu siyasət ekologiya və onun təhlükəsizliyi məsələlərində mühüm əhəmiyyətə malikdir. Bundan əlavə ekoloji siyasət ümumbəşəri dəyələrdə malikdir ki, bu özünü açılış mərasimi cari ilin noyabr ayının 11-də baş tutuacaq COP29 beynəlxalq tədbirinə ölkəmizin evsahibliyi etməsində tapır.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “91-lər” dən biri Şahlar Əsgərov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren ölkəyə çevrilib. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edib. Aparılan uğurlu siyasətdə ekoloji məsələlər və təhlükəsizlik əsas prioritet istiqamətlərdən biridir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bildirilib ki, Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə Konvensiyaya Kioto Protokolunu və 2016-cı ildə Paris Sazişini 2024-cü ildə “Qlobal Metan Vədi”ni ratifikasiya etməklə iqlim dəyişikliyinin mənfi təsirlərinin yumşaldılması istiqamətində beynəlxalq səylərə qoşulmuşdur. 2024-cü ildə keçirilməsi planlaşdırılan COP29, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin mühüm bir mərhələsi olacaq.
“Ulu öndər Heydər Əliyevin hüquq islahatları və ətraf mühitin mühafizəsi” mövzusunda çıxış edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ümummilli liderin təşəbbüsü ilə ətraf mühitin qorunmasına xidmət edən bir sıra mühüm qanunvericilik aktlarının qəbul edildiyini, bütövlükdə ekoloji məsələlərin daim Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olduğunu qeyd etmişdir. Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətraf mühitin mühafizəsi sahəsində mühüm aktlar imzaladığını qeyd edən dekan cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin dövlət başçısı tərəfindən bu sahəyə ayırdığı böyük diqqətin isbatı olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların qorunması, ağacların əkilməsi üzrə müxtəlif aksiyaların və layihələrin həyata keçirildiyini vurğulayan dekan bu sahədə İDEA ictimai birliyinin də rolunu diqqətə çatdırmışdır. Dekan Zaur Əliyev vurğulamışdır ki, COP29 kimi mötəbər beynəlxalq tədbirin respublikamızda keçirilməsi Azərbaycan dövlətinin nüfuzunun və qüdrətinin göstəricisidir.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova “Qlobal təhlükələrdən xilas yolu yaşıl inkişaf” mövzusu əsasında çıxış edərək bildirib ki, Azərbaycanın uğurlu ekoloji siyasətinin nümunəsi kimi həyata keçirdiyi layihələr də diqqət çəkir. Ölkə təbii sərvətlərinin mühafizəsi və bərpası üçün ciddi tədbirlər həyata keçirir. Bu tədbirlər arasında meşələrin qırılmasının qarşısının alınması, külək və günəş enerjisinin inkişafı və ətraf mühitə dəyişikliklərin təsirlərinin azaldılması da var. Ölkə əkinçilik və aqromeşəçilik sahəsində davamlı kənd təsərrüfatı proqramları ilə məhsuldarlığı artıraraq, yerli icmalar üçün yeni gəlir mənbələri yaradır. Bununla bərabər, tullantıların effektiv idarə edilməsi və bərpası, ekoturizm təşviqini də özündə əks etdirir. Bu cür addımlar Azərbaycanın qlobal iqlim dəyişikliyi və ekoloji mübarizədə oynadığı rolu göstərir və ölkəni sürətlə dayanıqlı bir iqtisadiyyata doğru aparmağa kömək edir.Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldir. Həmçinin dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.
Çıxış edən Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda uğurlu sosial-iqtisadi və ekoloji siyasət həyata keçirilir. Bu ölkədə bütün sahələrdə özünü göstərir. Təhsil sistemində, maariflənmə və təbliğat prosesində, yoxsulluğun aradan qaldırılmasında, ətraf mühitə müəyyən dərəcədə təsir edən çirklənmənin azalması və davamlığın artırılması, adaptasiyaların reallaşdırılması, qorunan ərazilərin sayını artırılması və ərazilərinin genişləndirilməsi, meşə və yaşıllıqların salınması, beynəlxalq əməkdaşlığın artırılması, biomüxtəlifliyin qorunması və davamlı inkişafın təminatı istiqamətində sərəncamların verilməsi, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci istiqamətinin “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinin olması və s. özünü göstərir. BMT -nin Davamlı İnkişafın Məqsədlərinin (DİM) hədəflərinin həyata keçirməsində Beynəlxalq əməkdaşlığın rolu danılmazdır.
Geologiya fakültəsinin dekan müavini Ələkbər Mirzəyev çıxışında enerji təhlükəsizliyi məsələsinə toxunaraq qeyd edib ki, Ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz.
Çıxış edən Hüquq fakültəsinin kafedra müdiri Kamil Səlimov bildirib ki, iqlim dəyişikliyinə dair bir çox hüquqi yanaşmalar sağlam ətraf mühit hüququndan, digər əlaqəli hüquqlardan və ya ekoloji hüquqa qarşı yaranan digər yanaşmalardan, məsələn təbiət hüquqlarından istifadə edərək, iqlim ədalətinin təbliği və iqlim vasitəsilə hökumətlər və özəl subyektlər tərəfindən yeni yeni və ya tələb olunan tədbirləri dəstəkləmək üçün istifadə olunur. Qeyd olunan məsələlərdən doğan problemlərə qarşı beynəlxalq səviyyə vahid mübarizə metodları vardır ki, Azərbaycan da bu sahədə fəal iştirakçılardan biridir. Bir neçə gündən sonra ölkəmizdə baş tutacaq COP29 beynəlxalq konfransınında ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahədə əldə etdiyi uğurların nəticəsidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin