Bu ölkədə məscidə hücum edildi

17:58 - 1 Noyabr 2024

Bu ölkədə məscidə hücum edildi

Fransanın  şimalındakı Amiens şəhərinin Viktorina Otier küçəsində yerləşən Assounna məscidinin qapısı yandırılıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məscidin rəhbərliyinə məsul olan dərnək irqçi hücumla bağlı şikayət edib.

Dərnəyin vitse-prezidenti Bilel Furtado səhər namazı üçün məscidə gələnlərin tüstü iyi gələn yanğını gördüklərini və orada alışan və yanan alətlərin olduğunu bildirərək bunun qəsdən törədilmiş hücum olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin